Elektrik enerjisi olmadan işləyə bilən ilk robotları hazırlanır - Onlar harda işləyəcək?

Mühəndislər robotlara elektrik enerjisindən istifadə etmədən mürəkkəb funksiyaları yerinə yetirməyə imkan verən üsul hazırlayıblar. Xüsusilə, London Kral Kollecinin tədqiqatçıları mayenin təzyiqini dəyişdirərək qarşılıqlı əlaqədə olan yeni tip kiçik dövrə yaradıb.
Avtosfer.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bu barədə "Interesting Engineering" yazıb.
"Bu, bədənləri daxili idarəetmə mərkəzindən asılı olmayaraq işləyə bilən yeni nəsil robotlar yaratmaq imkanı verir və bu boşluq potensial olaraq daha mürəkkəb süni intellektə əsaslanan proqram təminatı üçün istifadə edilə bilər", - deyə tədqiqatçılar qrupu bildirib.
Nəşr qeyd edib ki, yumşaq robotlar çevikliyi və təhlükəsizliyi ilə tanınır. Onlar müxtəlif sahələrdə istifadə olunmağa başlayıb. Əksər hallarda, bu robotlar elektromaqnit klapanlar, tənzimləyicilər və nasoslardan istifadə edən sistemlər tərəfindən idarə olunur, buna görə onların hərəkətliliyi məhduddur.
"Bu problemi həll etmək üçün alimlər robotun bədəninə inteqrasiya oluna bilən, səmərəliliyi artıran və sərt mühitlərdə istifadə etməyə imkan verən yumşaq klapanların və nasosların yeni dizaynlarını araşdırırlar. Boruları əyərək maye axınına nəzarət edən bu yumşaq klapanlar çoxlu nəzarətə ehtiyacı azaldır", - deyə qeyd edilir.
Məsələn, bu robotlar elektrik cərəyanının aparılması qeyri-mümkün olan və ya radiasiyanın yüksək səviyyədə olduğu yerlərdə, məsələn, Çernobılda və ya yüksək elektrik gərginliyi olan otaqlarda işləyə bilər. Bundan əlavə, bu robotlar elektrik enerjisinə qeyri-sabit çıxışı olan aztəminatlı ərazilərdə istifadə üçün nəzərdə tutulub.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











