Ən populyar mobil proqramlar - SİYAHI

Alimlər müxtəlif ölkə vətəndaşları tərəfindən üstünlük verilən proqram növlərini müəyyənləşdiriblər. Bu haqda İrlandiya, Finlandiya və Böyük Britaniya universitetlərinin birgə araşdırmasına istinadən "Phys.org" elmi-texniki xəbərlər portalında məlumat verilib.
Avtosfer.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, alimlər Avropa, Amerika, Asiya və Sakit Okean regionları üzrə 44 ölkədə işlədilən smartfonlarda 54,7 mindən çox proqram istifadə edən 25 mindən çox insanın coğrafi, mədəni və demoqrafik məlumatlarını, həmçinin bu ölkələrin vətəndaşları tərəfindən istifadə edilən mobil proqramları təhlil ediblər.
Alimlər fərdiyyətçilik mədəniyyəti adlandırılan qrup ayırıblar və ilk növbədə ABŞ-ı bu qrupa daxil ediblər. Belə ölkələrdə insanlar əyləncə xarakterli, məhz səyahət, idman, musiqi dinləmək və sair kateqoriyalara aid olan proqramlara üstünlük verirlər. Kollektivçilik ideologiyasına tərəfdar ölkələrdə (alimlər Rusiyanı bu qrupa daxil ediblər) istifadəçilər təhsil yönümlü və valideynlərə kömək etmək üçün lazım olan proqramlara üstünlük verir.
Alimlər qrupu tərəfindən toplanmış məlumatlara əsasən, Böyük Britaniya, ABŞ, Avstraliya, Kanada və Yeni Zelandiya kimi ingilis dilində danışan ölkələrin vətəndaşları proqramlardan daha aktiv istifadə edirlər. Bu, ilk növbədə onunla izah olunur ki, ingilis dilini bilənlər üçün çoxlu sayda proqram hazırlanıb. Argentina, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Pakistan və Hindistanda smartfonlar üçün az sayda proqramlardan istifadə edilir.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












