Ən qədim metro xətti yenidən qurulacaq

Budapeşt Nəqliyyat Mərkəzi dövlətə məxsus “FŐMTERV Zrt” tikinti şirkəti ilə çərçivə sazişi imzalayıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, çərçivə sazişi Budapeştdə 5 kilometrlik M1 yeraltı dəmir yolunun yenidən qurulmasının planlaşdırılmasını nəzərdə tutur. M1 Budapeşt metropoliteninin dörd xəttindən ən qədimidir. 1896-cı ildə onun açılması ilə Budapeşt kontinental Avropada metropolitenə malik ilk şəhər olub. 1973-cü ildə M1 xətti çox az ölçüdə uzadılıb. “Világgazdaság” işgüzar qəzetinin məlumatına görə, tarixi metropolitenin yenidən qurulmasının planlaşdırılması üçün dövlət satınalmaları haqqında müqavilənin dəyəri 2,5 milyard forint təşkil edir. “FŐMTERV” şirkəti, həmçinin təmir üçün zəruri olan bütün icazələri almalıdır. М1 xəttinin yenidən qurulması üç mərhələdə keçiriləcək. Əvvəlcə mövcud xəttin yenidən qurulması və qərbə tərəf “Vigadó tér”-dək (Dunay yaxınlığında) genişləndirilməsi; sonra 800 metr şərqə tərəf “Kassai tér”-dək genişləndirilməsi; daha sonra şərq terminalının “Marcheggi híd” körpüsünədək genişləndirilməsi nəzərdə tutulur. Bundan başqa, “FŐMTERV” şirkəti stansiyaların buraxılış qabiliyyətini artırmağı, “Deák Ferenc tér” stansiyasında lift quraşdırmağı, “Oktogon” və “Hősök” stansiyalarında ikinci çıxışlar yaratmağı planlaşdırır.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










