“Gmail” parol sistemini ləğv edir: Şifrələri əvəz edəcək yeni funksiya artıq hazırdır

“Gmail” istifadəçiləri üçün yeni bir yenilik təqdim edilib. Artıq ənənəvi parollar yerinə hesablarınıza daha təhlükəsiz və praktik üsullarla daxil ola biləcəksiniz.
Avtosfer.az xəbər verir ki, “Gmail” sadəcə bir e-poçt xidməti olmaqdan çıxaraq bütün dünyada milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. 2004-cü ildə istifadəyə verildiyi gündən bəri yenilikçi xüsusiyyətləri və istifadəsi asan interfeysi ilə ünsiyyət tərzimizi dəyişdirib. Bu gün bir milyarddan çox aktiv istifadəçisi olan “Gmail” istifadəçilərinin hesablarına daha asan və təhlükəsiz şəkildə daxil olmaları üçün parolların istifadəsini dayandırmağı planlaşdırır. Bu yenilik autentifikasiya üsullarını dəyişdirir.
Zamanla “Google” şirkəti “Gmail”i “Disk”, “Təqvim” və “Meet” kimi alətlərlə birləşdirərək onu iş, təhsil və şəxsi həyat üçün əsas mərkəzə çevirib. Bu strategiya “Gmail”in sadəcə bir e-poçt xidməti deyil, çoxyönlü platformaya çevrilməsinə imkan verib.
Parollar rəqəmsal xidmətlərə girişin əsas elementi olaraq qalmasına baxmayaraq, bu sistemin zəiflikləri getdikcə daha aydın görünür. Parollar tez-tez unudulur və ya oğurlanır. Bundan əlavə, kiberhücumlar və “fishinq” kimi təhlükələr artır. Bu, “Gmail”in təhlükəsizlik yanaşmasını yenidən nəzərdən keçirməsinə səbəb olub.
Keçid açarları istifadəçilər üçün daha təhlükəsiz təcrübə təmin etməklə yanaşı, onları yadda saxlamaq əngəlini də aradan qaldırır. Bu açarlar oflayn rejimdə saxlandığına görə zərərli şəxslərin fişinq vasitəsilə giriş əldə etməsi qeyri-mümkün olur və beləliklə, kiberhücumlardan əhəmiyyətli dərəcədə qorunur.
“Gmail” yaxın aylarda istifadəçilərinin daxil olma üsulunu dəyişməyi planlaşdırır. Yeni parol açarları parolları əvəz edəcək və istifadəçilərə bir neçə sadə addımda biometrik autentifikasiyadan və ya cihazlarının PİN kodundan istifadə etməyə imkan verəcək. “Google” bu dəyişikliklə istifadəçi təcrübəsini daha təhlükəsiz və praktik hala gətirməyi hədəfləyir.
Parollarla vidalaşmaq böyük bir addım kimi görünsə də bu yenilik rəqəmsal təhlükəsizliyin tələblərinə əməl etmək üçün mühüm addımdır. Bu transformasiya ilə “Gmail” giriş proseslərinin gələcəyini formalaşdırmağa başlayır.
Eltac Zülfüqaroğlu
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










