Günəş enerjisi ilə uçan təyyarə

"Bye Aerospace" şirkətinin günəş enerjisi ilə işləyən təyyarəsi ilk pilotlu uçuşunu həyata keçirib. Avtosfer.az "ICTnews"-a istinadən xəbər verir ki, "Solesa" ailəsinə aid "StratoAirNet" təyyarəsinin sınaqları Şimali Kolorado Regional Aeroportunun (Northern Colorado Regional Airport) yaxınlığında keçirilib. İlk pilotlu uçuşdan sonra təyyarə aeroportdan daha bir neçə uçuş yerinə yetirib. İlk uçuş 1 saata yaxın davam edib, digər uçuşlar isə enmə və qalxmanın məşqi, eləcə də cihazların vəziyyətini yoxlamaq məqsədilə həyata keçirilib. Məlumata görə, "StratoAirNet" təyyarəsinin qanadlarının uzunluğu 15 metr təşkil edir. "SolAero" şirkətinin qanadlarda quraşdırılan yüksək səmərəli fotoelementləri təyyarəyə uzun müddət havada qalmağa imkan verir. İlk test uçuşu pilotlu olsa da, şirkət təyyarəni pilotsuz və ya mütəxəssislərin dediyi kimi, "atmosfer peyki" etməyi planlaşdırır. O, kəşfiyyat, internetin paylanması, axtarış və xilasetmə əməliyyatları, xəritəçəkmə və s. üçün istifadə ediləcək. Bundan əlavə, "Bye Aerospace" şirkətinin "Sun Flyer 2" günəş təyyarəsi hazırlaması məlum olub. "Siemens" şirkəti ilə birlikdə hazırlanacaq "Sun Flyer 2" təyyarəsi iki sərnişinin daşınması üçün nəzərdə tutulacaq. Xatırladaq ki, birinci versiyalı "Sun Flyer" təyyarəsi apreldə uğurlu test uçuşlarını edib.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











