Gürcüstanda təyyarə hissələri zavodu açılıb

Gürcüstanın paytaxtı Tbilisidə Cənubi Qafqazda ilk təyyarə hissələri zavodunun açılışı olub. APA-nın yerli bürosunun məlumatına görə, ötən ilin iyulundan inşasına başlanmış ATC (Aero-Structure Technologies Cyclone) müəssisəsi Gürcüstanın “Tərəfdaşlıq Fondu” və İsrailin “Elbit Cyclone” şirkəti tərəfindən yaradılıb. Layihənin ümumi investisiya dəyəri 93 milyon dollar təşkil edir.
Yüksək texnologiyalarla təchiz olunmuş zavodun rəsmi açılış mərasimində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, hökumət, diplomatik korpus və biznes sektorun nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən G.Kvirikaşvili deyib ki, Gürcüstan beynəlxalq aviasənaye xəritəsində öz yerini tutur və bu sahə üzrə regionda liderə çevrilir. Müəssisədə mülki aviasiya üçün kompozit materiallardan detallar, qapı, idarəetmə paneli və digər hissələr istehsal olunacaq. İlk məhsullar sertifikatlaşmadan sonra 2019-cu ilin əvvəlində istehsal ediləcək. Məhsulların 100%-i ixraca yönəldiləcək və onların əsas istehlakçıları “Boing”, “Bombardier” və “Airbas” kimi dünyanın aparıcı şirkətləri olacaq. Müəssisənin növbəti 5 il ərzində genişlənməsindən sonra illik dövriyyə 60 milyon dollardan çox olacaq.
Hazırda zavodda təxminən 80 nəfər çalışır. Müəssisə tam işə düşəndən sonra 300 nəfərin işlə təmin olunacağı gözlənilir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











