“İnstagram”ın süni intellekt funksiyası dayandırıldı

Texnologiya 13 İyul 2026 23:54
“İnstagram”ın süni intellekt funksiyası dayandırıldı
WhatsApp kanalımıza abunə olun

“İnstagram”ın istifadəçilərə ictimai paylaşımlar əsasında süni intellekt vasitəsilə yeni şəkillər yaratmağa imkan verən “Muse Image AI” funksiyası məxfiliklə bağlı yaranan ciddi etirazlardan sonra dayandırılıb.

Avtosfer.az "Sfera.az"a istinadən xəbər verir ki, “Meta” funksiyanı istifadəyə verildikdən cəmi bir neçə gün sonra geri götürüb. Şirkət rəsmi açıqlamasında alətin gözləntiləri doğrultmadığını və məxfiliklə bağlı narahatlıqları nəzərə aldıqlarını etiraf edib.

“Muse Image AI” sistemi istifadəçilərə istənilən ictimai “İnstagram” paylaşımını etiketləyərək həmin şəkillər əsasında süni intellektlə “remiks” məzmun hazırlamağa imkan veririb. Məhz bu xüsusiyyət razılıq, şəxsi məlumatların qorunması və müəllif hüquqları ilə bağlı geniş müzakirələrə səbəb olub.

Funksiya xüsusilə Hollivud və incəsənət nümayəndələrinin sərt reaksiyası ilə qarşılanıb. Yaradıcı Rəssamlar Agentliyi (CAA) süni intellektdən məsuliyyətli istifadə edilməsinə çağırış edib, SAG-AFTRA isə üzvlərinə rəqəmsal hüquqlarını qorumaq üçün funksiyanı deaktiv etməklə bağlı tövsiyələr verib.

“Meta” 18 yaşdan kiçik istifadəçilərin və şəxsi hesabların sistemdən kənarda saxlanıldığını bildirsə də ictimai hesablardakı şəkillərin süni intellekt tərəfindən istifadə olunması tənqidləri azaltmayıb. Hadisə ABŞ-də və Hollivudda süni intellekt texnologiyalarının istifadəsi ilə bağlı davam edən müzakirələr fonunda baş verib.

Oxunub : 128
ŞƏRH YAZ
Ad

E-mail

Şərh