Kosmosa səyahətin qiyməti açıqlandı – 200-300 MİN DOLLAR

Milyarder Ceff Bezosun təşkil etdiyi kosmosa səyahətin qiyməti 200 min dollar təşkil edəcək. Avtosfer.az-ın Lent.az-a istinadən məlumatına görə, bu barədə “Reuters” özünün şirkətdəki mənbəsinə istinadən xəbər verib. İnsayderin sözlərinə görə, Ceff Bezosun “Blue Origin” şirkətinin kosmosa səyahətin biletlərinin qiyməti 200-300 min dollar təşkil edəcək. Uçuş “New Shepard” kosmik gəmisində baş tutacaq. Təbii ki, onun pulunu Bezosun “Forbes” jurnalının siyahısında olan həmkarları ödəməyə qadirdirlər. Uçuşun marşrutu barədə hələlik heç bir məlumat verilmir.
Qeyd edilir ki, hazırda “Blue Origin” içində manekenlər olan səkkiz sınaq raketini fəzaya buraxıb. Bundan əvvəl təxmin edilirdi ki, ilk kommersiya buraxılışı 2018-ci ildə baş tutacaq. Ancaq sonradan bu müddət uzadılıb. Təxminən elə bu qiymətə Riçard Brensona məxsus “Virgin Galactic” şirkətinin kosmosa turu qiymətləndirilib. Qiyməti bir uçuş üçün 250 min dollar qiymətləndirilən milyarderin xidmətlərindən artıq 650 turist istifadə etməyə hazırdır.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










