Qravitasiya dalğaları detektoru üçün güzgü düzəldilib

Yaponiyanın mərkəzi hissəsində yerləşən dağlarda tədqiqat aparan alimlər qravitasiya dalğalarının öyrənilməsi istiqamətində irəliləyişə nail olduqlarını bildiriblər. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Qifu prefekturasında çalışan alimlər qravitasiya dalğaları detektorunun mühüm hissəsi olan güzgünün yaradıldığını bəyan ediblər. KAGRA adlanan bu sistem latın hərfi L şəklində iki üç kilometrlik borunu birləşdirir. Tokio Universitetinin alimləri tərəfindən yaradılan güzgü sapfirdən (göy yaqut) düzəldilib. Onun diametri 23 santimetr, qalınlığı isə 15 santimetrdir. Universitetin kosmik şüaların tədqiqi institutunun əməkdaşı Eyiçi Hiroşe bildirib ki, alimlər kainatın sirlərini açmaq üçün bu imkandan maksimum istifadə etməyə çalışacaqlar.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












