Sumqayıtda yük və xüsusi təyinatlı avtomobillər istehsal ediləcək - Zavod rəhbəri

Sumqayıtda fəaliyyətə başlayan zavodda yük və xüsusi təyinatlı avtomobillər istehsal olunacaq.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Sumqayıt Kimya Sənaye Parkında yaradılan “Az-Tex-İmport” MMC-nin təsisçisi Samir İbadullayev Sumqayıt Kimya Sənaye Parkına Prezidentin izi ilə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, müəssisədə İtaliyanın “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobillərinin yığımı həyata keçiriləcək:
“Layihənin ikinci mərhələsində avtomobillərin kuzalarının istehsalı da nəzərdə tutulur. Zavodda ildə 100 ədəd yük avtomobili və xüsusi texnika, 300 ədəd kuza istehsal olunacaq. Hər iki mərhələ üzrə müəssisədə 150 yeni iş yerinin yaradılması planlaşdırılır. Artıq layihənin birinci mərhələsi üzrə 96 nəfər işlə təmin edilib. Layihənin hər iki mərhələ üzrə ümumi investisiya dəyəri 19,2 milyon manatdan çoxdur”.
Qeyd edək ki, müəssisə Prezident İlham Əliyevin aprelin 30-da Sumqayıt Kimya Sənaye Parkına səfəri zamanı dövlət başçısı tərəfindən işə salınıb.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











