Süni intellektli robotlar müharibəyə göndərilir - Trampın oğlu da alacaq - FOTO

ABŞ-nin "Foundation Future Industries" şirkətinin hazırladığı və Ukraynada sınaqdan keçirilən süni intellektlə idarə olunan humanoid robotların yaxın illərdə silahlandırılaraq döyüş əməliyyatlarında istifadə edilməsi planlaşdırılır.
Avtosfer.az "Yeni Sabah"a istinadən xəbər verir ki, şirkətin baş direktoru Sanket Patak bildirib ki, "Phantom" adlı robotların silahlandırılması ilə bağlı sınaqlara 2027-ci ilədək başlanması nəzərdə tutulur. Hazırda robotlar Ukraynada keçirilən pilot proqramlarda uğurla sınaqdan çıxarılıb.
Şirkət rəsmisinin sözlərinə görə, bu robotlar insan əsgərləri əvəz etmək üçün deyil, onların üzərinə düşən ən təhlükəli tapşırıqları yerinə yetirmək məqsədi daşıyır. Onların kəşfiyyat, binaların yoxlanılması, sursat və avadanlıqların daşınması kimi riskli əməliyyatlarda istifadə olunması planlaşdırılır.
Patak qeyd edib ki, humanoid robotların əsas üstünlüyü hava zərbələrinin həyata keçirə bilmədiyi yüksək dəqiqlikli əməliyyatları icra etməsidir. Bu, xüsusilə mülki şəxslərin itkilərinin və infrastrukturun zədələnməsinin minimuma endirilməsinə kömək edə bilər.
BMT isə tam avtonom silah sistemləri ilə bağlı narahatlığını ifadə edib. Təşkilatın Baş katibi Antonio Quterreş insan nəzarəti olmadan hədəf seçərək öldürə bilən sistemləri "qatil robotlar" adlandırıb və onların beynəlxalq səviyyədə qadağan olunmasına çağırıb.
Şirkətin məlumatına görə, "Phantom" robotları adi çat-botlardan fərqli olaraq "dünya modeli" adlanan süni intellekt texnologiyası ilə işləyir. Bu sistem ətraf mühiti analiz edərək obyektlərin və hadisələrin necə dəyişəcəyini əvvəlcədən proqnozlaşdıra bilir.
Hazırda şirkət daha dayanıqlı "Phantom 2" modelini hazırlayır. Yeni robotun 80 kiloqrama qədər yük daşıya biləcəyi, toz və suya davamlı olacağı, zərbələrə qarşı müqavimətinin isə xeyli artırılacağı bildirilir.
Şirkət bu robotları hərbi və kommersiya müştərilərinə illik təxminən 100 min ABŞ dolları müqabilində icarəyə təqdim edir. Layihənin investorları arasında ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp və bir sıra investisiya fondları da yer alır.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA












