Sürətli yeraltı nəqliyyat sistemi yaradılır - VİDEO

İlon Maskın "The Boring Company" şirkəti Çikaqo hava limanı ilə şəhər mərkəzi arasında sürətli yeraltı nəqliyyat sisteminin tikintisi üzrə tenderin qalibi olub. "Report" "Chicago Tribune" nəşrinə istinadən xəbər verir ki, Mask tərəfindən irəli sürülən layihə 16 sərnişinlik pilotsuz vaqonlardan istifadəni nəzərdə tutur. Vaqonlar diametri 4 metrdən bir qədər çox olan yeraltı tunellərlə saatda 160 km-dən çox sürətlə hərəkət edəcək. Aeroport və şəhər mərkəzi arasında olan yola 12 dəqiqə sərf olunacağı ehtimal edilir. Hazırda metro vasitəsi ilə eyni məsafəni 40 dəqiqəyə getmək mümkündür. "The Boring Company"nin hesablamalarına görə, vaqonlar hər yarım dəqiqədən bir yola çıxacaq və saatda 2 min nəfərə yaxın sərnişin daşımaq iqtidarında olacaq. İnşaat işlərinin dəqiq nə zaman başlanacağı tarix bilinmir. Layihənin dəyəri təqribən 1 milyard dollara yaxındır.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











