“Tesla” rekord səviyyədə ziyana düşüb

Elektroavtomobil istehsalçısı olan “Tesla” şirkəti 2018-ci ilin birinci rübündə rekord səviyyədə ziyanla qarşılaşıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı “The Wall Street Journal” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, şirkət ardıcıl beşinci rübdür ki maliyyə itkiləri yaşayır. “Telsa” bu dəfə təxminən 710 milyon dollar itirib. Bununla yanaşı, analitiklər hesab edir ki, elektroavtomobil istehsalçısı daha yüksək itkilərlə qarşılaşacaq.
“Tesla” şirkətinin icraçı direktoru İlon Mask bildirib ki, şirkət bir həftə ərzində beş min ədəd “Model 3” avtomobili istehsal edə bilər. Analitiklər qeyd ediblər ki, bu temp və maaşların azaldılması şirkəti bu ilin üçüncü və dördüncü rübündə uğursuz zolaqdan çıxara bilər.
“Tesla” 2017-ci ilin iyulundan “Model 3” avtomobilinin yığılmasına başlayıb. Onun dəyəri 35 min dollardır. “Model S”in qiyməti 75-100 min dollar, “Model X”in qiyməti isə 80 min dollardır.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












