Türkiyə dron-kamikadzelərini modernləşdirib

ABŞ-ın Türkiyəyə pilotsuz uçuş aparatı satmaqdan imtina etməsi Ankaranı öz dronlarının istehsalını sıfırdan başlamağa vadar edib. “Anadolu” agentliyi xəbər verir ki, Ankara diqqətini PUA-ların, o cümlədən BPLA-kamikadze kəşfiyyat aparatlarının müasir modifikasiyasına yönəldib. Dron-kamikadzelərin digər PUA-lardan fərqi ondandır ki, bu aparatlar hədəfi təyin etməklə yanaşı, onu məhv etmək gücünə malikdir. Bununla yanaşı, hədəf tapılmasa, dronlar start nöqtəsinə geri qayıdır. Avtosfer.az-ın oxu.az-a istinadən məlumatına görə, Türkiyənin STM hərbi şirkəti ALPAGU Blok II və KARGU pilotsuz uçuş aparatlarını modernləşdirib.
“Yüksək taktiki-texniki xüsusiyyətlərinə görə bu PUA-lar döyüş əməliyyatlarında əhəmiyyətli üstünlüyə malik olur”, - STM şirkətinin baş direktoru Davud Yılmaz deyib.
Onun sözlərinə görə, bir qrup “ağıllı” uçuş aparatlarını eyni anda idarə etmək üçün xüsusi texnologiya yaradılıb.
STM yenilənmiş BPLA aparatının təqdimatını aprelin 25-29-da Antalyada keçiriləcək Türkiyənin ilk beynəlxalq hava sərgisini olan “Eurasia Airshow”da təqdim edəcək. Bu tədbir çərçivəsində türk şirkətlərinə öz dronlarını digər ölkələrə satmaq üçün müqavilə imkanlarının yaradılacağı istisna deyil. Yılmaz qeyd edib ki, bir çox dövlətin türk PUA-larına marağı artacaq.
Agentliyin məlumatına görə, ALPAGU, ALPAGU Blok II, KARGU və БПЛА TOGAN dronları avtomatik idarəetmə imkanına malikdir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











