Türkiyə “Polad Günbəz”lə bağlı kontraktlar imzaladı - 6,5 milyard dollar dəyərində

Türkiyənin bütün ərazisini əhatə edəcək çoxsəviyyəli inteqrasiya olunmuş “Polad Günbəz” hava hücumundan müdafiə sisteminin gücləndirilməsi məqsədilə ümumilikdə 6,5 milyard dollar dəyərində yeni müdafiə kontraktları imzalanıb.
Avtosfer.az xəbər verir ki, kontraktların imzalanma mərasimi HAVELSAN müdafiə şirkətinin binasında Türkiyə Müdafiə Sənayesi İdarəsinin (SSB) rəhbəri professor Haluk Görgün, “ASELSAN”ın baş direktoru Ahmet Akyol, “Roketsan” şirkətinin rəhbəri Murat Ikinci və Türkiyə Silahlı Qüvvələrinin və digər müdafiə şirkətlərinin nümayəndələrinin iştirakı ilə baş tutub.
Müəyyən növ yerli raketlərin və hava hücumundan müdafiə sistemlərinin seriyalı istehsalının qurulmasını nəzərdə tutan sazişlər Türkiyə Müdafiə Sənayesi İdarəsinin koordinasiyası ilə hazırlanan “Polad Günbəz” sistemini gücləndirməyə imkan verəcək.
İştirakçılara müraciət edərək Haluk Görgün Türkiyənin müdafiə sənayesinin nailiyyətlərinə diqqət çəkərək, ölkənin hazırda dünyanın TOP-10 silah ixracatçısı arasında olduğunu qeyd edib.
O, Türkiyə Müdafiə Sənayesi İcra Şurasının son iclasından sonra Türkiyə Silahlı Qüvvələri ehtiyacları üçün ayrı-ayrı növ hücum xarakterli silahlarının, eləcə də hava hücumundan müdafiə sistemlərinin alınması barədə qərarlar qəbul edildiyini xatırladıb.
“Polad Günbəz” layihəsi ilə bağlı SSB rəhbəri vurğulayıb ki, çoxsəviyyəli hava hücumundan müdafiə sistemi üçün proqram təminatı da daxil olmaqla bütün komponentlər yerli istehsaldır.
Mediada yayılan məlumatlara görə, “Polad Günbəz” hava hücumundan müdafiə sistemi bir neçə eşelondan ibarət olacaq: ЗРK yaxınmənzilli hava hücumundan müdafiə sistemləri, qısa və ortamənzilli hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli hava hücumundan müdafiə sistemləri və lazer müdafiəsi.
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO
Azərbaycanda fantastik qiymətə yaxtalar satışa çıxarıldı - MƏBLƏĞLƏR
22.000 kilometrlik Avropa METROSU GƏLİR: Bu ölkələrdən keçəcək












