Ukraynada ABŞ-ın insanabənzər robotları sınaqdan keçirilib

ABŞ-ın "Foundation Future Industries" şirkəti Ukraynada döyüş zonasına yaxın ərazilərdə insanabənzər robotların sınaqlarını keçirib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, şirkət pilot nümayiş məqsədilə iki ədəd "Phantom MK-1" robotunu Ukraynaya göndərib. Bu, insanabənzər robotların ilk dəfə döyüş şəraitində sınaqdan keçirilməsi kimi qiymətləndirilir.
Şirkətin baş direktoru Şanket Patekin sözlərinə görə, robotların əsas vəzifəsi ön xəttə sursat çatdırmaq olub. Məlumata əsasən, "Phantom MK-1" modelinin bir sıra məhdudiyyətləri var. Robotun yükdaşıma qabiliyyəti 20 kiloqramdan çox deyil, korpusu isə sudan qorunmur. Bundan əlavə, batareyanın qısa müddət işləməsi onun geniş istifadəsinə mane olan əsas amillərdən biri hesab edilir. Şirkət yaxın vaxtlarda daha təkmilləşdirilmiş "Phantom 2" modelini Ukraynaya göndərməyi planlaşdırır. Bildirilir ki, yeni modelin yükdaşıma qabiliyyəti əvvəlki versiyadan iki dəfə çox olacaq.
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?








