Yapon alimləri ilk kosmik lift yaradıblar

Yapon alimləri kosmik lift prototipi üzərində sınaqlar keçirəcəklər. Qurğu gələn həftə “H-IIB” raketdaşıyıcısının köməyi ilə orbitə çıxarılacaq. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, kosmik lift yüklərin raketlərdən istifadə etmədən kosmosa çıxarılması üçün nəzərdə tutulmuş hipotetik mühəndislik qurğusudur. Qurğunun əsas komponenti Yer kürəsinin səthindən orbital stansiyaya kimi uzanan möhkəm burazdır. Stansiya geostasionar orbitdə yerləşir və mərkəzdənqaçma qüvvəsi sayəsində burazı saxlayır. Buraz vasitəsilə yükqaldırıcı mexanizm hərəkət edir. Kosmik lift prototipi mühərriki olan balaca qutu, həmçinin iki kiçik peyk arasında çəkilmiş 10 metrlik kabeldən ibarətdir. Aparatlara quraşdırılmış kameralar liftin fəaliyyətinə nəzarət etməyə imkan verəcək. Məlumata görə, “Obayashi” tikinti şirkəti 96 min kilometr uzunluğunda buraz hazırlamaq üçün nanoboru texnologiyasından istifadə etməyi planlaşdırır. 2050-ci ilədək liftin köməyi ilə kosmosa turist göndərmək planlaşdırılır.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











