Yeni nəsil avtomobillərdə qəza riskini azaldan texnologiya sistemi necə işləyir? – Mütəxəssis AÇIQLADI - FOTO

Son illərdə istehsal olunan bir çox yeni avtomobil artıq sürücünün təhlükəsizliyini artırmaq üçün “ağıllı” texnologiyalarla təchiz olunur. Onlardan biri də qəza riskini minimuma endirməyə hesablanmış avtomatik fövqəladə əyləc sistemi (AEB – Automatic Emergency Braking)dir. Bu sistem avtomobilin önündəki maneəni sensor və kameralar vasitəsilə aşkar edərək sürücünün reaksiya vermədiyi hallarda özü əyləci aktivləşdirir. Mütəxəssislər bildirirlər ki, AEB texnologiyası həm piyada, həm də digər nəqliyyat vasitələri ilə toqquşma riskini əhəmiyyətli dərəcədə azaldır.

Məsələ ilə bağlı avtomobil mütəxəssisi Elçin Abbasov Avtosfer.az-a açıqlamasında bildirib ki, avtomatik əyləc sistemi (AEB – Automatic Emergency Braking) müasir avtomobillərdə aktiv təhlükəsizlik texnologiyalarının əsas elementlərindən biridir:
“Onun əsas məqsədi qəza riskini minimuma endirməkdir. Sistem yolda hərəkət edən piyadaları, digər avtomobilləri, onların trayektoriyasını və yaxınlaşma sürətini sensorlar, radarlar və “LiDAR” texnologiyası vasitəsilə təyin edir. “AEB” əvvəlcə sürücüyə vizual və səsli xəbərdarlıq edərək, onun reaksiya verməsinə şərait yaradır. Əgər sürücü heç bir tədbir görmürsə və vəziyyət kritik həddə çatırsa, sistem avtomatik olaraq əyləci aktivləşdirir. Bu, toqquşmanın qarşısını almağa və ya zərbənin təsirini azaltmağa kömək edir”.
Elçin Abbasov əlavə olaraq qeyd edib ki, sürücülərin istəyi ilə sistemi söndürmək mümkündür, lakin təhlükəsizlik baxımından hər dəfə avtomobil işə salındıqda “AEB” yenidən aktivləşir:
“Bu texnologiya əsasən ön toqquşmalarda işləsə də müəyyən hallarda digər istiqamətlərdən gələn təhlükələrə qarşı da reaksiya verə bilir.
Araşdırmalar göstərir ki, qəfil əyləc zamanı arxadan toqquşma olsa belə, avtomobilin dayanıqlı vəziyyətdə olması sərnişinlərə dəyən zərbəni əhəmiyyətli dərəcədə azaldır. Bu səbəbdən “AEB”, sürücüsüz idarəetməyə keçid prosesində ən vacib texnologiyalardan biri hesab olunur və hər il yeni nəsil sensor və süni intellekt imkanları ilə təkmilləşdirilir”.
Fidan
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO
Azərbaycanda fantastik qiymətə yaxtalar satışa çıxarıldı - MƏBLƏĞLƏR
22.000 kilometrlik Avropa METROSU GƏLİR: Bu ölkələrdən keçəcək
Bəzi avtomobillər niyə gec işə düşür? – Sahil usta səbəbləri AÇIQLADI - VİDEO
İtaliyada qatarlar zəlzələləri qabaqcadan biləcək











