Hansı avtomobil durma qaydasını pozmayıb?- Doğru cavab

Avtosfer.az">Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalib gəlmiş oxucunun adını təqdim edir. Sual belədir:
Təqdim etdiyimiz fotoda hər üç avtomobilin icazə verilən maksimum kütləsi 3.5 tondan çoxdur. Hansı avtomobil durma qaydasını pozmayıb?
1) A avtomobil
2) B avtomobil
3) V avtomobil
4) A və B avtomobil
5) B və V avtomobil
Doğru cavab: 2) B avtomobil durma qaydasını pozmayıb.
İzahı: Dayanma durmanı bildirən 3.27 nişanı və altında quraşdırılmış 7.2.3 (qüvvədə olma zonası) əlavə məlumat lövhəciyi bildirir ki, dayanma durma nişanın qoyulduğu yerə qədər qüvvədədir. "V" avtomobil dayandığı yerdə nişan qüvvəsini itirmədiyi üçün həmin avtomobil qaydaları pozmuş sayılır.
Qanunvericilikdə qeyd olunub ki, "icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinə birtərəfli hərəkət yollarının sol tərəfində dayanmağa yalnız yük götürmək və ya boşaltmaq üçün icazə verilir". Ona görə də yolun sol tərəfində duran "A" avtomobil də qaydaları pozmuş sayılır.
Sualın ilk düzgün və izahlı cavabını verən Gülbaba Hüseynov adlı oxucumuz 5 manatlıq danışıq kartını qazandı. Oxucumuzu Avtosfer.az">Avtosfer.az saytı adından təbrik edirik!
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












