Bu yerdə dayanma-durmaya icazə verilir?- Doğru cavab

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalib gəlmiş oxucunun adını təqdim edir. Sual belədir: Göstərilən yerdə dayanmağa və ya durmağa icazə verilir?
1) İcazə verilmir
2) İcazə verilir
3) Sərnişin mindirib-düşürmək üçün icazə verilir.
4) Avtomobil nasaz olan vəziyyətdə dayanmağa icazə verilir.
Sualın doğru cavabı belədir: Göstərilən yerdə həm dayanmağa, həm də durmağa icazə verilir. Yol Hərəkəti Haqqında Qanunun 64-cü madəsinin VI hissəsində qeyd olunub ki, dayanma və durmanı qadağan edən 3.27 nişanının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Təqdim etdiyimiz fotodakı dayanma və durmanı bildirən 3.27 nişanının təsir qüvvəsi
yaşayış məntəqəsinin sonunu bildirən 5.23 nişanından sonra qüvvədən düşür. Ona görə də 5.23 nişanından sonra dayanma və durmaq qaydalar çərçivəsində olacaqdır.
Sualın ilk düzgün və izahlı cavabını verən Mənsur Əliyev adlı oxucumuz 5 manatlıq danışıq kartı və "Monza" yağlarından pulsuz yağdəyişmə, eləcə də yağ və filterə 50 faiz endirim qazandı. Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












