Bu yolayrıcında keçmə ardıcıllığını göstərin- Doğru cavab - FOTO

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalib gəlmiş oxucunun adını təqdim edir. Sual belədir:
1) Tramvay, qırmızı avtomobil, boz avtomobil
2) Boz avtomobil, tramvay, qırmızı avtomobil
3) Qırmızı avtomobil, tramvay, boz avtomobil
4) Boz və qırmızı avtomobil, tramvay
Sualın doğru cavabı belədir: Gördüyünüz fotoda svetoforun sarı işığı yanıb-sönən rejimdə işlədiyi üçün nizamlanmayan yolayrıcı hesab edilir. Belə yolayrıclarında üstünlük nişanlarına uyğun hərəkət etmək lazımdır. Yol Hərəkəti Haqqında Qanunun 77-ci maddəsinin III hissəsində qeyd olunub ki, "Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir". Bu yolayrıcında baş yolla hərəkət edən qırmızı və boz avtomobilin sürücüləri öz aralarında eyni əhəmiyyətli yolda hərəkət etdikləri üçün sağda olan avtomobil üstünlüyə malikdir. Yəni qırmızı avtomobil sağa dönürsə boz avtomobillə eyni vaxtda hərəkət edə bilər. Tramvay sürücüsü isə ikinci dərəcəli yolla hərəkət etdiyi üçün hər iki avtomobilə yol verdikdən sonra hərəkətinə davam edə bilər.
Sualın ilk düzgün və izahlı cavabını verən Soltanov Nicat adlı oxucumuz 5 manatlıq danışıq kartını qazandı. Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB











