Daha bir ölkə “Formula 1”ə ev sahibliyi etmək istəyir

Səudiyyə Ərəbistanı “Formula 1” üzrə dünya çempionatına ev sahibliyi etməyə yaxındır. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu ölkədə təşkil olunacaq Qran-pri 2021-ci il mövsümündə təqvimdə peyda ola bilər. Ərəblərin bundan ötrü yarışın sahibi “Liberty Media” şirkətinə hər mövsüm üçün 60 milyon dollar təklif etdiyi bildirilir.
Hazırda “Formula 1” üzrə dünya çempionatı ardıcıllıqla 21 ölkədə keçirilir. Bunlar Avstraliya, Bəhreyn, Çin, Azərbaycan, İspaniya, Monako, Kanada, Fransa, Avstriya, Böyük Britaniya, Almaniya, Macarıstan, Belçika, İtaliya, Sinqapur, Rusiya, Yaponiya, Meksika, ABŞ, Braziliya və Birləşmiş Ərəb Əmirlikləridir.
2020-ci il mövsümündə isə mərhələlərin sayının 21 deyil, 22 olacağı gözlənilir. Artıq siyahıya Hollandiya və Vyetnam əlavə olunub. Almaniya Qran-prisi isə təqvimi tərk edəcək.
Qeyd edək ki, cari mövsümdə Azərbayca Qran-prisi 26 – 28 apreldə olub. 2020-ci ildə isə Bakıdakı yarışın 5 – 7 iyunda keçiriləcəyi gözlənilir.
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ












