"Ferrari" pilotu Azərbaycan və Almaniya Qran-prilərində üzləşdiyi qəzaları müqayisə edib

"Ferrari"nin pilotu Şarl Lekler "Formula 1" üzrə Azərbaycan və Almaniya Qran-prilərində üzləşdiyi qəzaları müqayisə edib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, monakolu sürücü Bakıda təsnifat yarışı zamanı baş vermiş hadisəni daha ciddi səhv kimi dəyərləndirib. "Fikrimcə, Bakıdan sonra mən indiki vəziyyətimdə deyildim. Həmin səhv mənim üçün daha ciddi idi. Hokkenhaymda isə nəticələr daha böyük və yəqin ki, daha diqqətçəkən oldu. Çünki Almaniya Qran-prisində xal qazana bilmədim. Digər tərəfdən, Almaniyada son döngələrdəki şərait çox pis idi, üstəlik, yağış yağdı. Amma mən bununla özümə haqq qazandırmıram. Baş verənlərdən dərs götürməyim lazımdır" deyə o, vurğulayıb.
Qeyd edək ki, Şarl Leklerin maşını Azərbaycan Qran-prisinin sıralama turu zamanı trekin ən ensiz hissəsində idarəetməni itirərək təhlükəsizlik səddinə çırpılıb. Bununla belə, o, əsas mərhələni 5-ci yerdə başa vuraraq, Bakıda dövrənin ən sürətli pilotu sayılıb. Almaniya Qran-prisində isə Lekler qəza üzündən finişə çata bilməyib. Hazırda 22 yaşlı sürücü ümumi sıralamada 132 xalla 5-ci yerdə gedir.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












