"Formula 1": Böyük Britaniya Qran-prisi start götürüb

"Formula 1" üzrə mövsümün 10-cu Qran-prisi bu gün Böyük Britaniyanın Northemptonşir şəhərindəki "Silverstoun" trasında iki sərbəst yürüşlə start götürəcək. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu, hazırkı lider, "Mercedes" pilotu Lüis Hemiltonu vətənində baş verəcək. Ötən mərhələdə qalib adını əsas rəqib olan "Ferrari"nin pilotları yox, "Red Bull"un hollandiyalı sürücüsü Maks Ferstappen qazanıb. Bu dəfə isə Hemiltonun öz evində rekord sayda - 6-cı qələbəsini qazanmaq istəyi ilə alışıb-yanacağı şübhə doğurmur. Lakin "Ferrari"də çıxış edən almaniyalı Sebastyan Fettellə monakolu Şarl Lekleri də hesabdan silmək olmaz. Hərçənd, onlar hələ mövsümdə ilk qələbələrini əldə edə bilməyiblər. İyulun 13-də üçüncü sərbəst yürüş və təsnifat mərhələsi olacaq. Proqram iyulun 14-də Bakı vaxtı ilə saat 17:10-da başlanacaq yarışla yekunlaşacaq.
Qeyd edək ki, Böyük Britaniya Qran-prisi ilk dəfə 13 may 1950-ci ildə keçirilib. Bu, həm də "Formula 1" tarixinə birinci Qran-pri kimi düşüb. "Silverstoun" avtodromunun sxemi indiyədək 9 dəfə dəyişib. Tras çətin, yüksək sürətli və çoxlu cəld döngələrə malikdir.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN











