Formula 1-də iki yeni komanda iştirak edəcək

2021-ci il mövsümündə Formula 1 yarışlarına iki yeni komanda qoşula bilər. Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə yarışların şərhçisi Co Seyvard “Motosport Week” saytındakı bloqunda yazıb. Seyvardın verdiyi məlumata görə, layihələrdən birinin arxasında “Manora”nın keçmiş rəhbəri Qrem Loudon durur, digəri isə “Super Aquri”nin 76 yaşlı keçmiş icraçı direktoru Daniel Audetto ilə əlaqədardır. Sonuncunun yeni komanda ilə daimi əsaslarda əməkdaşlıq etməyəcəyi, lakin layihənin müəllifi üçün “kəşfiyyat” apardığı bildirilir. İkinci potensial komandanın arxasında kimim olduğu isə hələ məlum deyil. Hazırda Formula 1 qaydalarına görə, potensial yeni komandalar 20 milyon dollar girov qoymalıdırlar. Onlara ilk iki mövsümdə mükafat pulu almağa da imkan verilmir. Ehtimal olunur ki, 2021-ci ildə yeni komandalar 200 milyon dollar üzvlük haqqı ödəyəcək və bu vəsait yarışlarda iştirak edən komandalar arasında onların mükafat pullarının təzminatı olaraq bölüşdürüləcək.
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ












