"Formula 1"də ləğv olunan qaydalardan biri bərpa oluna bilər

"Formula 1" komandalarının Qran-pri yürüşləri zamanı yolda yanacaq doldurmalarına yenidən icazə verilə bilər. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Jan Todt açıqlama verib. Fransalı funksioner hazırda bu məsələnin müzakirə olunduğunu təsdiqləyib: "Şəxsən mən yolda yanacaq doldurmanın yenidən olmasını istərdim. Amma bunun üçün əvvəlcə belə qərarın müsbət və mənfi nəticələrinə dair araşdırmaların yekunlarını görmək lazımdır. Biz hazırda bu məsələni müzakirə edirik. Çünki indi maşınlar çox ağırlaşıblar. Mən araşdırmanın aparılmasında israrlıyam. Yolda yanacaq doldurmanı bərpa etsək, yarışın startında maşınlar yüngül və az olacaqlar".
Qeyd edək ki, 2021-ci il mövsümünün reqlamenti oktyabrın sonlarında təqdim olunacaq.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN











