Hansı trayektoriya ilə geriyə dönmək olar?- Doğru cavab

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalib gəlmiş oxucunun adını təqdim edir. Sual belədir:
Gördüyünüz fotoda sürücü göstərilən trayektoriyaların hansı ilə geriyə dönə bilər?
1) A trayektoriyası ilə
2) B trayektoriyası ilə
Dogru cavab belədir: Yol Hərəkəti Haqqında Qanunun 42-ci maddəsinin VI hissəsində qeyd olunub ki, solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır.
İzah: Yəni zolaqlar üzrə hərəkət istiqamətini bildirən 5.8.1 və ya 5.8.2 nişanları yoxdursa sürücü manevr etməzdən əvvəl tramvay yoluna çıxmalı və daha sonra sola və ya geriyə dönmə manevrini etməlidir.
Sualın ilk düzgün və izahlı cavabını verən Hüseynov Gülbala adlı oxucumuz 5 manatlıq danışıq kartını qazandı. Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












