Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB

Avtosfer.az yolun hərəkət hissəsində yerləşmə qaydası ilə bağlı yeni sualı və düzgün cavabı təqdim edir.
Hərəkətdə olan hansı sürücü qaydanı pozur?
1) Hər üçü
2) Motosiklet və yük avtomobili
3) Minik və yük avtomobili
4) Yük avtomobili
5) Minik avtomobili
Doğrucavab: 4) Yük avtomobili
İzah: "Yol hərəkəti haqqında" qanunun 49-cu maddəsinin V hissəsində qeyd olunub ki, eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yolda nəqliyyat vasitələrinin bütün hərəkət zolaqlarını tutduqları intensiv hərəkət vaxtı asta gedən nəqliyyat vasitələri yalnız sağ kənar zolaqla hərəkət etməli, tam kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələri isə həmin istiqamətdə sol kənar hərəkət zolağını tutmamalıdır; hərəkət istiqamətini sola dəyişmək vəya dönmə halları istisna təşkil edir.
Təqdim etdiyimiz fotoda yük avtomobilinin sürücüsü düzünə hərəkət etmək üçün orta və sağ zolaqda yerləşməli idi.
Təəssüf ki, bu suala doğru cavab verən olmadı.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












