Məşhur motosikletçi yürüş zamanı ağır kəllə-beyin travması alıb

“MotoGP” üzrə dünya çempionatında çıxış edən “Dukati” komandasının italiyalı motosikletçisi Andrea Dovitsiozo Böyük Britaniya Qran-Prisi zamanı ciddi qəza törədib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, qəzadan sonra xəstəxanaya yerləşdirilən italiyalı sürücünün ağır kəllə-beyin travması aldığı bildirilib. İtaliyalı idmançı “Yamaha”nın fransalı sürücüsü Fabio Kuartararo ilə toqquşaraq asfalta yıxılıb və onun motosikleti yanıb.
Qeyd edək ki, 20 dövrədən ibarət motoyürüşdə “Suzuki” komandasının üzvü Aleks Rins birinci olub. “Honda”nın üzvü, beşqat dünya çempionu Mark Merkes yarışı ikinci, Maverik Vinyales (“Yamaha”) isə üçüncü pillədə başa vurublar.
Yarış cədvəlinə 250 xalla M.Merkes başçılıq edir. A.Dovitsiozo 172 xalla ikinci, A.Rins isə 149 xalla üçüncü pillədə qərarlaşıblar.
Növbəti yarış sentyabrın 15-də İtaliyada təşkil olunacaq. Mövsümə noyabrın 17-də İspaniyada yekun vurulacaq.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












