Sola dönən sürücü hansı zolağa dönə bilər?- Doğru cavab

Avtosfer.az">Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalib gəlmiş oxucunun adını təqdim edir. Sual belədir:
Gördüyünüz fotoda sürücü göstərilən trayektoriyaların hansı ilə sola dönə bilər?
1) A trayektoriyası ilə
2) B trayektoriyası ilə
3) Hər iki trayektoriya ilə
Doğru cavab: 3-cü variant, hər iki trayektoriya ilə dönə bilər. Fotoda gördüyünüz 5.7.2 nişanı birtərəfli hərəkət olan yola çıxışı bildirir. Bu nişan sürücüləri məlumatlandırır ki, kəsişən yolda nəqliyyat vasitələrinin hərəkəti ancaq sağdan sola doğru yönəlmişdir. Sola dönən avtomobilin sürücüsü əks istiqamətə çıxmadığı üçün hər iki zolağa dönə bilər.
Sualın ilk düzgün və izahlı cavabını verən Cavid Babayev adlı oxucumuz 5 manatlıq danışıq kartını qazandı. Oxucumuzu Avtosfer.az">Avtosfer.az saytı adından təbrik edirik!
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












