Sola dönərkən hansı trayektoriya ilə hərəkət etmək olar?- DOĞRU CAVAB - FOTO

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalib gəlmiş oxucunun adını təqdim edir.
Sual belədir: Gördüyünüz fotoda sürücü göstərilən trayektoriyaların hansı ilə hərəkət edə bilər?
1) A trayektoriyası ilə
2) B trayektoriyası ilə
3) C trayektroiyası ilə
4) B və C trayektoriyası ilə
5) A və B trayektoriyası ilə
Sualın doğru cavabı belədir: Fotoda göstərilən С trayektoriyası əks istiqamətli hərəkət zolağını göstərdiyi üçün həmin trayektoriya ilə hərəkət etmək qadağandır. Sola dönən sürücü A və B trayektoriyası ilə hərəkətinə davam edə bilər. Yol Hərəkəti Haqqında Qanunun 42-ci maddəsində, sola dönən sürücünün dönəcəyi yolun hansı zolağına dönməsi ilə bağlı heç bir qadağa olmadığı üçün əks istiqamətdən başqa digər zolaqlara dönmə qanun çərçivəsində olacaqdır.
Sualın ilk düzgün və izahlı cavabını verən Abuzərli Müşviq adlı oxucumuz 5 manatlıq danışıq kartını qazandı. Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB











