Sürücü bu yerdən geriyə dönə bilər?- Doğru cavab

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalib gəlmiş oxucunun adını təqdim edir. Sual belədir:
Gördüyünüz fotoda sürücü dəmiryol keçidinin yaxınlığından bu qaydada geriyə dönə bilər?
1) Dönə bilər
2) 100 metr məsafədən dönə bilər
3) Dönə bilməz
Doğru cavab: Dönə bilər. Yol Hərəkəti Haqqında Qanunun 42-ci maddəsinin XII hissəsində geriyə dönmənin hansı yerlərdə qadağan olunduğu qeyd olunub. Həmin maddədə dəmiryol keçidlərində geriyə dönmə ilə bağlı heç bir məsafə anlayışı qeyd olunmayıb. Ona görə də bilavasitə dəmiryol keçidinin üzərindən geriyə dönmə qadağan edilib.
Təqdim etdiyimiz fotoda sürücü geriyə dönməni keçidə çatmamış etdiyi üçün qaydalar çərçivəsində olacaqdır.
Sualın ilk düzgün və izahlı cavabını verən Emil Hüseynov adlı oxucumuz 5 manatlıq danışıq kartını qazandı. Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB











