TƏBİB: "Formula-1" günlərində zərurət yarandığı hallarda tibbi xidmətin göstərilməsi təşkil olunacaq

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunan 2025-ci il "Formula-1" üzrə Azərbaycan Qran-prisi günlərində zərurət yarandığı hallarda tibbi xidmətin göstərilməsi təşkil olunacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
18-21 sentyabr 2025-ci il tarixlərində baş tutacaq Qran-pridə yaradılan tibb məntəqələrində Bakı Baş Səhiyyə Mərkəzinin nəzdindəki tibb müəssisələrindən 28 həkim-mütəxəssis və tibb bacısının fəaliyyət göstərməsi nəzərdə tutulub.
Eyni zamanda, tibbi xidmətin təşkili istiqamətində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Yeni Klinika, Xətai Tibb Mərkəzi və Sabunçu Tibb Mərkəzinin rəhbərliklərinə müvafiq tapşırıqlar verilib.
Yarış müddətində tibb məntəqələri lazımi tibbi avadanlıq və dərman vasitələri ilə təmin olunacaq.
Tədbirin keçirildiyi müddət ərzində təhkim olunan bütün tibb işçiləri 08:00-dan 00:00-a qədər növbəli xidmət göstərəcəklər.
Qeyd edək ki, TƏBİB 6 ildir Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti ilə "Formula-1" üzrə Azərbaycan Qran-prisi çərçivəsində uğurlu əməkdaşlıq edir.

"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












