Yol nişanı ilə bağlı təqdim etdiyimiz sualın doğru cavabı

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalib gəlmiş oxucunun adını təqdim edir. Sual belədir: Yolun sağ tərəfinə qoyulmuş düzünə məcburi hərəkət istiqaməti nişanını görən sürücü göstərilən trayektoriyaların hansı ilə hərəkət edə bilər?
1) A trayektoriyası ilə
2) B trayektoriyası ilə
3) Hər iki trayektoriya ilə
4) Heç biri ilə
Sualın doğru cavabı belədir: Sürücü B trayektoiyası ilə geriyə dönə bilər. Yol Hərəkəti Haqqında Qanunun 65-ci maddəsinin IV hissəsində qeyd olunub ki, 4.1.1-dən 4.1.6-dək olan nişanların qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə kimi şamil edilir. Yəni yolayrıcının kəsişmə yerində digər məcburi hərəkət istiqaməti nişanı yoxdursa sürücü həmin kəsişmədən sonra icazə verilən istiqamətlərə manevr edə bilər. Bu fotodakı kəsişmə yerində təkrar məcburi hərəkət istiqaməti nişanı olmadığı üçün sürücü kəsişmə yerindən sonra yəni, B trayektoriyası ilə geriyə dönə bilər.
Sualın ilk düzgün və izahlı cavabını verən Hüseynov Gülbala adlı oxucumuz 5 manatlıq danışıq kartını qazandı. Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik.
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər" - Elməddin Muradlı
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB
"Formula-1" tarixində ən varlı beş pilot açıqlandı
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Formula-1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarıldı
Antiterror şəhidlərinin xatirəsinə həsr olununan cüdo çempionatı keçirilib - FOTOLAR - VİDEO











