Ağzı açıq kanalizasiya quyuları təhlükə saçır - AÇIQLAMA

Mərkəzi Parkda baş verən hadisə çox təəssüf doğurur və bir daha göstərir ki, ictimai yerlərdə texniki təhlükəsizlik məsələləri yüksək səviyyədə təmin edilməlidir. Parklarda təhlükəsizliyə görə park rəhbərliyi və nəzarətçilər məsuliyyət daşıyırlar. Çünki bu cür obyektlər insanların gündəlik hərəkət etdiyi ərazilərdə yerləşir və onların təhlükəsizliyi üçün bütün texniki şərtlər təmin olunmalıdır".
Bunu təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib.
O, bildirib ki, valideynlərin də diqqətli olması və uşaqlarını nəzarətdə saxlamaları vacibdir:
"Belə halların qarşısını almaq üçün ilk növbədə quyular möhkəm və etibarlı qapaqlarla təmin edilməlidir. Bu qapaqlar oğurlanması və ya asanlıqla qaldırılması mümkün olmayan xüsusi materiallardan hazırlanmalıdır.
Eyni zamanda bütün quyuların mütəmadi olaraq yoxlanması təmin edilməlidir. Təmir zamanı açıq qapaq mövcud olduqda, ərazi dərhal baryerlərlə əhatə olunmalı və xəbərdaredici nişanlar yerləşdirilməlidir".
Ekspert bildirib ki, xüsusilə də uşaqların çox olduğu parklar kimi yerlərdə təhlükəsizlik məsələləri ən yüksək prioritet olmalıdır:
"Belə faciələrin təkrarlanmaması üçün müvafiq qurumlar ciddi nəzarət mexanizmi qurmalı və təhlükəsizlik qaydalarının pozulmasına görə zəruri tədbirlər görməlidirlər".
Qeyd edək ki, Bakıda azyaşlının kanalizasiya quyusuna düşməsi ilə bağlı iddialar müzakirələrə səbəb olub.(demokrat.az)
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










