Avtobuslar niyə dayanacaqlarda saxlamır? - AÇIQLAMA

Paytaxt sakinlərinin tez-tez üzləşdiyi problemlərdən biri də avtobus sürücülərinin bəzən dayanacaqlarda saxlamamasıdır. Avtobusdakı sərnişinlər etiraz etdikdə isə sürücünün bir bəhanəsi olur: "Stop" düyməsini sıxardın. Həmçinin bəzən sürücülər dayanacaqda sərnişin gözləməsinə baxmayaraq, avtobusu saxlamadan yoluna davam edir.
Sürücülər niyə dayanacaqda saxlamır? Bu zaman onlara qarşı hansı cəza tədbirləri görülür?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "redaktor.az"a bildirildi ki, marşrut avtobusları tərtib olunmuş hərəkət sxemi üzrə fəaliyyət göstərir.
"Marşurut avtobusları onların xətt üzrə təyin olunmuş dayanacaq məntəqələrində saxlamaqları təmin edilir. Tərəfimizdən marşrut avtobuslarının daşıyıcılarına sürücülərin sərnişindaşıma qaydalarına əməl edilmələrinə nəzarətin gücləndirilməsi, marşrutun hərəkət sxemi üzrə təyin olunmuş dayanacaq məntəqələrində dayanmalarının vacibliyi vurğulanıb", - deyə AYNA-nın cavabında deyilir.
Nəqliyyat eksperti Eldəniz Cəfərov saytımıza bildirdi ki, bu haqda sərnişinlər xəbərdarlıq etməlidirlər.

"Hər hansısa daşıyıcı şirkətin avtobus sürücüsü əgər avtobusda yer varsa, saxlamaq imkanı varsa, dayanacaqda saxlamırlarsa, bu zaman sərnişinlər "qaynar xətt"ə zəng edib, bununla bağlı şikayət etməlidirlər. Əminəm ki, bu kimi şikayətlərə baxılar. Bu haqda məlumat verilməlidir ki, tədbirlər görülsün", - deyə ekspert bildirdi.
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR












