Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO

"2021-ci ildən etibarən Azərbaycanın hava məkanı üzərindən tranzit daşımaların həcmi 360% artıb".
Avtosfer.az xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, hazırda ölkənin hava məkanında ay ərzində təxminən 18 min tranzit uçuş həyata keçirilir və gün ərzində ümumilikdə 1000-dən çox hava gəmisinə xidmət göstərilir.
Ekspert qeyd edib ki, Yaxın Şərq regionunda baş verən son hadisələr bu axını daha da artırıb. Belə ki, 2026-cı il 28 fevral – 10 mart tarixləri arasında Bakı Uçuş Məlumat Bölgəsi (Baku FIR) üzrə gündəlik tranzit uçuşların sayı əhəmiyyətli dərəcədə artaraq bəzi günlərdə 815 tranzit uçuşa qədər yüksəlib.
R.Ağamirzəyev əlavə edib ki, regiondakı geosiyasi vəziyyət və bəzi marşrutların bağlanması səbəbindən aviaşirkətlər alternativ olaraq Azərbaycan üzərindən keçən marşrutlara daha çox üstünlük verirlər./1news

Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












