Bakıda 5 dəhşətli QƏZA - Yatan sürücülərə siz də baxın - REAL VİDEO
Avtosfer.az Bakıda baş vermiş avtomobil qəzalarının yeni görüntülərini təqdim edir. Bu dəfə əsasən ara məsafəsinin düzgün saxlanmamasına görə baş verən yol-nəqliyyat hadisələri barədə danışacağıq. Sürücülər çox təəssüf ki, ara məsafəsi məsələsinə diqqət etmir. Nəticədə ziyan çəkirlər. Birinci görüntüdə ara məsafəsini düzgün saxlamayan 3 avtomobilin toqquşmasını görürük. Bu, demək olar ki, Bakıda tez-tez rast gəlinən qəza tipidir. Səbəbi də məlumdur - ara məsafəsi.
Görüntülərdə hətta qarşıda dayanmış avtomobillə çırpılan maşınlar da əksini tapır. Diqqət etsək görərik ki, sol zolaqda təmir avtomobili dayanıb, lakin həmin avtomobilin orada nə üçün dayandığı bilinmir. Zərurətdən dayanıbsa nə üçün qəza-dayanma işıqlarını qoşmadığı, yola müvafiq nişanların düzgün qoyulmadığı da ciddi suallar doğurur. Diqqətlə baxsanız görərsiniz ki, yolda cəmi bir qırmızı dirək var, o da qanunla ən azı 20 metr məsafədə qoyulması nəzərdə tutulsa da, hec 10 metr kənara qoyulmayıb. Həmin zolaq sürətlənmə zolağıdır və yük avtomobilinə çatmağa ən azı 100 metr qalmış xəbərdarlıq nişanları qoyulmalı idi.
Ən maraqlısı da odur ki, xanım sürücünün idarə etdiyi avtomobil gəldiyi sürətlə arxadan həmin yük maşınına çırpılır. Üstəlik, yola qoyulmuş qırmızı dirəyi vuraraq toqquşur.
Ehtimal etmək olar ki, xanım sürücünün fikri yolda deyil. Çünki nə zolağı dəyişir, nə də əyləci basır.
Üçüncü qəzada da sürücünün sükan arxasında sükana nəzarət etmədiyini demək olar. Çünki əyləcdən istifadə edilmir və avtomobil necə hərəkət edirsə o sürətlə də qarşıdakı avtomobilə çırpılır.
Dörüncü qəzada arxadan sürətlə gələn ağ rəngli minik avtomobilinin sürücüsü zolağı düzgün seçməyib. Çünki o düzünə getmək istəyirmiş. Sol zolaqda dayananlar isə sola və ya geriyə dönməli idi. Lakin ağ avtomobilin sürücüsü avtomobili o qədər sürətlə idarə edir ki, zolağı dəyişməyə çalışsa da dayanmış qara avtomobilə möhkəm çırpılır. Zərbənin təsirindən qara avtomobilin yük yeri dağılır və kağızlar küçəyə səpələnir. Avtomobil öz yolundan çıxaraq qarşı yola çıxır və bu zaman qarşıda dayanmış "Mercedes"ə azca toxunur. Bu zaman qarşı yolda olan digər "Mercedes"lə də toqquşma baş verir.
Və nəhayət, beşinci qəzada da sürücünün sükan arxasında diqqətsiz olduğunu demək olar. Çünki göründüyü kimi, sağ zolaqda qəza işıqlarını yandırıb dayanmış avtomobilə elə sürətlə dəyir ki, sürücünün bəlkə də qəzadan sonra yola baxdığı şübhəsizdir. Çünki diqqəti yolda olan sürücü belə aydın şəraitdə qəza törətməz. Ən azından əyləci basar, sola manevr edib qəzadan yayınmağa çalışardı. Lakin bu videodakı sürücü bunların heç birini etmir.
Dəyərli sürücülər, xanımlar və bəylər, yol zarafatı sevmir, diqqətsiz sürücü üçün ciddi təhlükədir. Yola çıxanda fikriniz yolda olsun. Sükan arxasında işlərinizi yox, sükanı idarə edin. Baxın, bu video bir çox sürücülərin gündəlik həyat tərzini əks etdirir. Oturub düşünmək lazımdır? Kiçik səhvlər ucbatından belə qəzalara düşməmək üçün nə etməli?
Elməddin Muradlı