Lökbatan-Qobu yolu ilyarımdır zülmətə qərq olub; baxan yoxdur - VİDEO

Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan sakinlər Lökbatan-Qobu yolunun, eləcə də Sona Salmanova küçəsinin işıqsız qalmasından və bunun yaratdığı təhlükəli vəziyyətdən narahatdırlar. Avtosfer.az-ın məlumatına görə, bu barədə Oxu.az-a daxil olan şikayətdə bildirilir ki, qəsəbəyə gedən yolda ilyarımdır ki, zülmət qaranlıq müşahidə edilir.
Ərazidə piyada zolaqlarının olmaması problemi daha da dərinləşdirir. Sakinlər qeyd edirlər ki, xüsusilə yağışlı havalarda yol keçilməz olur, nəticədə məcburiyyət qarşısında qalan piyadalar yolun hərəkət zolağından istifadə etməli olurlar. Bu da onlar üçün real təhlükə yaradır. Bundan əlavə, qeyd olunur ki, yolun nəzarətsiz və işıqsız olması sürücülərin yüksək sürətlə hərəkət etməsinə səbəb olur. Sakinlər ərazidə təhlükəsizlik kameralarının və sürət radarlarının quraşdırılmasını da təklif edirlər.
Abşeron Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib ki, ərazidə yerləşən gecə işıqlandırılması üçün çəkilən xətlərin və dirəklərin aidiyyəti qurumlar tərəfindən RİH-in balansına verilməsi ilə bağlı işlər aparılır:
"Hazırda bu işlər təhvil-təslim mərhələsindədir. Buna baxmayaraq, proses başa çatana qədər qəsəbə bələdiyyəsi tərəfindən cari təmir işləri aparılacaq və qısa zaman kəsiyində yaranmış problem aradan qaldırılacaq".
Xatırladaq ki, Abşeron RİH-dən sözügedən məsələ ilə bağlı 6 ay öncə verilən açıqlamada həmin ərazidəki kabel xəttində qəza baş verdiyi qeyd olunub. Bildirilib ki, lazımi avadanlıqlar sifariş edilib, yaxın günlərdə təmirə başlanılacaq.
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq










