Azərbaycanda maraqlı yenilik; yol kənarına məktəbli maketi qoyuldu ki... - VİDEO

Azərbaycanın rayonlarından birində şagirdlərin təhlükəsizliyini artırmaq məqsədilə maraqlı təşəbbüs həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, bu təşəbbüs Avropada tez-tez gördüyümüz görüntülərə bənzəyir, lakin bu dəfə Balakəndə reallaşıb.
Yol kənarına quraşdırılan maketlər sürücülərin məktəb yolunda daha diqqətli olmalarına xidmət edir. Məktəbli maketlərinin yerləşdirilməsi sayəsində sürücülər sürətini azaldır və yol hərəkəti zamanı daha ehtiyatlı olurlar.
Tədbirin təşəbbüskarları bildirirlər ki, bu cür maarifləndirici tədbirlər uşaqların təhlükəsizliyini təmin etməklə yanaşı, sürücülərdə yol mədəniyyətinin inkişafına da töhfə verir. Maketlərin xüsusi olaraq uşaqların yaş qrupuna uyğun seçilməsi və real boyda hazırlanması, onların yola diqqət çəkən təsirini daha da artırır.
Sakinlər və müəllimlər bu təşəbbüsü alqışlayaraq, yol hərəkətində belə vizual xəbərdarlıqların məktəblilər üçün faydalı olduğunu qeyd edirlər. Təşəbbüsün gələcəkdə digər rayonlarda da tətbiq olunması təklif olunur.
Eltac Zülfüqaroğlu
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












