Babək körpüsü yanında yolu qazıb nişan qoymayıblar; sürücülər narazıdır - FOTO

Babək prospektində qazıntı işləri sürücülər üçün təhlükə yaradır.
Avtosfer.az xəbər verir ki, Babək körpüsünün yanında, “Xalqlar Dostluğu” metrosu istiqamətində yol bir neçə gündür hansısa qurum tərəfindən qazılıb. Sakinlərin sözlərinə görə, ərazidə qazıntı aparılsa da işlər tamamlanmayıb və yol əvvəlki vəziyyətinə qaytarılmayıb.
Ən narahatedici məqam isə odur ki, həmin yerdə heç bir xəbərdaredici nişan və ya təhlükəsizlik lentləri qoyulmayıb. Bu da həm gündüz, həm də xüsusilə gecə saatlarında sürücülər üçün ciddi təhlükə yaradır.
Sürücülər bildirirlər ki, bu vəziyyət təkcə avtomobillər üçün deyil, eyni zamanda piyadalar üçün də risklidir. “Yol bir neçə gündür qazılıb qalıb. Heç kim maraqlanmır, xəbərdaredici nişan da yoxdur. Gecə vaxtı həmin yerdən keçmək çox təhlükəlidir”, – deyə sürücülər şikayətləniblər.
Sakinlər aidiyyəti qurumlardan Babək prospektində yarımçıq qalmış qazıntı işlərinin tez bir zamanda bərpa olunmasını və ərazidə xəbərdaredici nişanların quraşdırılmasını xahiş edirlər.
Onlar həmçinin sürücülərə müraciət edərək həmin ərazidən keçərkən xüsusi ehtiyatlı olmalarını tövsiyə ediblər.
Eltac Zülfüqaroğlu

Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












