Bakıda yeni yol nişanları quraşdırılıb; sağa həmişə icazə var - FOTO

Paytaxtın bir sıra kəsişmələrində yeni yol nişanlarının tətbiqinə başlanılıb.
Avtosfer.az xəbər verir ki, artıq Bakının bəzi ərazilərində sürücülər qırmızı işıqda belə sağa dönməyə icazə verən xüsusi nişanlarla qarşılaşırlar.
Sözügedən nişan sağa dönməyə icazə verdiyini bildirir və faktiki olaraq “daimi sağa dönmə seksiyası” funksiyasını yerinə yetirir. Bu qayda təxminən 5–6 il əvvəl “sarı tor” yol nişanlanması ilə birlikdə qanunvericilikdə təsbit edilib.
MTK vətəndaşdan pul alıb sənəd verir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - FOTO
Qeyd olunur ki, beynəlxalq təcrübədə bu cür icazəverici nişanlar adətən ayrıca dirəkdə deyil, birbaşa işıqforun üzərində yerləşdirilir. Almaniya, Rusiya və Özbəkistanda tətbiq olunan nümunələrdə də məhz bu yanaşmadan istifadə olunur.

ABŞ-nin bəzi ştatlarında isə sağa dönmə qaydası daha fərqli şəkildə tənzimlənir. Belə ki, heç kəsə mane olmamaq şərti ilə qırmızı işıqda sağa dönmək ümumi qayda kimi qəbul edilib. Lakin yol təhlükəsizliyi üzrə ekspertlər bu yanaşmanı birmənalı qarşılamır və onun piyadalar, eləcə də digər yol hərəkəti iştirakçıları üçün əlavə risklər yarada biləcəyini bildirirlər.

Mütəxəssislər vurğulayırlar ki, Bakıda tətbiq edilən yeni nişanların məqsədi yol hərəkətinin rahatlaşdırılması və tıxacların azaldılmasıdır. Bununla belə, sürücülərdən qaydalara ciddi əməl etmək, xüsusilə piyadaların təhlükəsizliyinə diqqət yetirmək tələb olunur.
Eltac Zülfüqaroğlu

Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












