Baxımsız qalan, ağacların arxasında itən YOL NİŞANLARINDAN - FOTO

Bakı şəhərinin küçə və prospektlərində yol hərəkəti təhlükəsizliyini təmin etməli olan yol nişanları baxımsız vəziyyətdədir. Onlardan bəziləri ağacların budaqları arasında itib, bəziləri isə əlavə təsvirlər və müxtəlif növ elanlarla pozulub. Bu hal sürücülərə yol hərəkəti qaydalarını tənzimləyən nişanları vaxtında görməkdə ciddi çətinlik yaradır. Görünməyən nişanlar həm yol hərəkəti qaydalarının pozulmasına, həm də qəza riskinin artmasına səbəb ola bilər. Xüsusilə, sürət həddini, dayanma və durma qaydalarını tənzimləyən yol nişanlarının görünməməsi insan həyatı üçün təhlükə yarada biləcək ciddi qəzalarla nəticələnə bilər. Bundan əlavə, bəzi vətəndaşların nişanlardan elan lövhəsi kimi istifadə etməsi və onların üzərinə müxtəlif təsvirlər çəkməsi şəhərin estetik görüntüsünə xələl gətirən xoşagəlməz hal yaradır. Bu vəziyyətin baş verməməsi üçün yol nişanlarının mühafizəsi daim nəzarətdə saxlanılmalıdır.
PhotoStock.az paytaxtın küçə və prospektlərində baxımsız qalan yol nişanlarından fotoreportaj hazırlayıb:





Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












