Belçikada işıqforlara yeni işarə əlavə edilib - "Yaşıl kvadrat"...

Belçikada yeni yol hərəkəti qaydaları qüvvəyə minib. Yeniliklər arasında ən çox diqqət çəkən dəyişiklik "Yaşıl kvadrat" adlı yeni işıqfor sistemi olub. Avtosfer.az "Yeni Sabah"a istinadən xəbər verir ki, yeni sistem tətbiq olunan yol qovşaqlarında piyadalar və velosipedçilər bütün istiqamətlər üzrə eyni anda yaşıl işıq siqnalı alacaqlar. Bu zaman bütün motorlu nəqliyyat vasitələri qırmızı işıqda dayanacaq. Piyadalar və velosipedçilər isə həm düz, həm də diaqonal istiqamətdə yolu təhlükəsiz şəkildə keçə biləcəklər. Səlahiyyətli qurumlar bildiriblər ki, əsas məqsəd sağa və ya sola dönən avtomobillərlə piyadalar və velosipedçilər arasında baş verən qəzaların qarşısını almaqdır.
Qeyd olunub ki, yeni sistem xüsusilə sıx şəhər yol qovşaqlarında təhlükəsizliyi artıracaq. Bundan əlavə, velosipedçilər istiqamətlərini dəyişmək üçün iki mərhələli hərəkət etmək əvəzinə bunu bir keçiddə həyata keçirə biləcəklər ki, bu da nəqliyyatın hərəkətini daha rahat edəcək.
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












