Bloger prospektdəki piyada keçidini podiuma çevirdi, tənqid olundu - VİDEO

Paytaxtda piyada keçidində qeydə alınan maraqlı görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, bəzi hallarda piyadaların keçiddən istifadə zamanı həddindən artıq ləng hərəkət etməsi sürücülərin narazılığına yol açır. Lakin yayılan son görüntülərdə fərqli və diqqətçəkən bir davranış qeydə alınıb.
Belə ki, bloger Fatimə Abdinova Nərimanov rayonu Atatürk prospektində piyada keçidindən keçərkən bu prosesi sanki bir səhnə performansı kimi təqdim edib. O, keçiddən istifadə zamanı özünü videoya çəkərək, hərəkətini nümayiş etdirib və görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Kadrlardan görünür ki, bloger keçiddə dayanaraq və yavaş addımlarla hərəkət edərək sürücülərin hərəkətini müvəqqəti də olsa ləngidib.
Məsələ sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər bunu sadəcə əyləncəli kontent kimi qiymətləndirsə də, digərləri bu cür davranışın yol hərəkəti iştirakçıları üçün narahatlıq yaratdığını və təhlükəsizlik baxımından düzgün olmadığını qeyd ediblər.
Mütəxəssislər isə bildirirlər ki, piyada keçidləri piyadaların təhlükəsiz və operativ şəkildə yolu keçməsi üçün nəzərdə tutulub. Bu səbəbdən keçiddən istifadə zamanı həm piyadaların, həm də sürücülərin qarşılıqlı hörmət və məsuliyyət prinsiplərinə əməl etməsi vacibdir.
Eltac Zülfüqaroğlu
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












