Bu tuneldə qaydalar dəyişdi: Sol zolaqla düzünə gedən sürücülər cərimələnəcək - VİDEO

Paytaxtın Ziya Bünyadov prospektində yerləşən tuneldə hərəkətin təşkilinə dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, yenilikdən xəbərsiz olan və ya bunun fərqinə varmayan sürücülər kütləvi şəkildə qaydaları pozurlar.
Belə ki, əvvəllər həm 20 Yanvar, həm də Qələbə dairəsi istiqamətindən tunelə iki zolaq olmaqla, ümumilikdə dörd zolaq daxil olurdu. Tunelin çıxışına yaxın isə hər iki istiqamətin zolaqları birləşərək ümumilikdə iki zolağa çevrilirdi.
Hazırda həmin hissədə hərəkətin təşkilinə dəyişiklik edilib. 20 Yanvar dairəsi istiqamətindən gələn iki zolaq tunelin sonuna qədər olduğu kimi saxlanılıb. Qələbə dairəsi istiqamətindən gələn nəqliyyat axını üçün isə sol zolaq bitdiyindən sürücülər sağ zolağa keçməlidirlər. Bu barədə asfalt örtüyü üzərində müvafiq nişanlanma xətləri də çəkilib.
Videodan da göründüyü kimi, sol zolaqda hərəkət edən sürücülər 1.11 nişanlanma xəttinin qırıq hissəsindən istifadə edərək vaxtında sağ zolağa keçməlidirlər. Əks halda onlar 20 Yanvar istiqamətindən gələn nəqliyyat axınını ayıran bütöv xətti keçməyə məcbur qalaraq qaydaları pozmuş olacaqlar.
Bu qayda pozuntusuna yol verən sürücülər isə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə oluna bilərlər.
Fərid
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












