“Dəniz Mall”un ətrafına mobillik zolağı çəkilir - FOTO

Paytaxtda velosiped infrastrukturunun genişləndirilməsi istiqamətində növbəti addım atılıb.
Avtosfer.az xəbər verir ki, “Dəniz Mall”un qarşısında velosiped zolağının çəkilişinə başlanılıb.
Ərazidə yol nişanlanması işləri aparılır, xüsusi nişan və yol cizgiləri təşkil edilib. Yeni zolaq həm sahilboyu ərazidə hərəkət edən velosipedçilər, həm də gündəlik olaraq bu istiqamətdən istifadə edən vətəndaşlar üçün nəzərdə tutulub.
Qeyd edək ki, son illər Bakı şəhərində velosiped yollarının mərhələli şəkildə artırılması istiqamətində layihələr icra olunur. “Dəniz Mall” ətrafında salınan yeni zolağın da mövcud şəbəkəyə inteqrasiya ediləcəyi gözlənilir.
Sakinlər və velosiped həvəskarları isə hesab edirlər ki, zolaqların davamlı və bir-birinə bağlı formada təşkili daha effektiv nəticə verə bilər. Layihənin nə vaxt tam başa çatacağı ilə bağlı rəsmi açıqlama verilməyib.
Eltac Zülfüqaroğlu

Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












