Laçında yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib - FOTOLAR

Laçın Rayon Polis Şöbəsinin rəhbərliyi, Dövlət Yol Polisi Bölməsi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşlarının birgə fəaliyyəti nəticəsində işğaldan azad olunmuş Laçın şəhərində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata görə, layihə çərçivəsində şəhər ərazisində aparılan monitorinqlər zamanı müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması məqsədilə bir sıra tədbirlər görülüb. Belə ki, nəqliyyat vasitələrinin və piyadaların rahat, təhlükəsiz və nizamlı hərəkətini təmin etmək üçün çatışmayan yol nişanları quraşdırılıb, istismar müddəti başa çatmış yol nişanlanma xətləri yenidən çəkilərək bərpa olunub.
Həmçinin yol infrastrukturunun müasir standartlara uyğunlaşdırılması, hərəkət iştirakçılarının məlumatlandırılması və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə şəhərin müxtəlif küçə və prospektlərində zəruri tədbirlər davam etdirilir. Görülən işlər Laçın şəhərinə qayıdan sakinlərin, eləcə də şəhərə gələn qonaqların təhlükəsiz və rahat hərəkətinə şərait yaratmaqla yanaşı, şəhərin müasir və təhlükəsiz nəqliyyat sisteminin formalaşmasına da töhfə verir.
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO





















