Nizamidə ağaclar "Yol ver" nişanının qarşısını kəsən ağaclar bundandı – FOTO - VİDEO

Paytaxtın Nizami rayonu ərazisində yerləşən, "8-ci km maşın bazarı" kimi tanınan ərazidə yol hərəkətinin təhlükəsizliyinə təsir edən problem müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, bazarın dairəvi hərəkət hissəsində quraşdırılmış 2.4 "Yol ver" yol nişanı artıq təxminən bir aydır ki, ağac budaqlarının arxasında qalıb. Nəticədə nişan sürücülər tərəfindən demək olar ki, görünmür.
Yol nişanlarının görünməməsi, xüsusilə də dairəvi hərəkət olan ərazilərdə sürücülərin yol şəraitini düzgün qiymətləndirməsinə mane olur və yol-nəqliyyat hadisəsi riskini artırır. Ərazi ilə tanış olmayan sürücülər nişanı vaxtında görmədikləri üçün yol hərəkəti qaydalarını pozaraq təhlükəli vəziyyət yarada bilərlər.
Bakı Şəhər İcra Hakimiyyətindən Avtosfer.az-ın sorğsuna cavab olaraq bildirib ki, Nizami rayonu, "8-ci km maşın bazarı" kimi tanınan ərazinin yaxınlığında yerləşən yol nişanlarının qarşısını kəsən ağac Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən budanıb.
Həmçinin qeyd edirik ki şəhərdə mütəmadi olaraq monitorinqlər keçirilir, problemli ünvanlar müəyyənləşdirilir və Birliyin əməkdaşları tərəfindən həmin ünvanlardakı ağaclar budanaraq dayanacaq, işıqfor və yol nişanlarının görünməsinə mane olan hallar aradan qaldırılır.
Eltac Zülfüqaroğlu



Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












