Sürücüləri çaşbaş salan nişan - Qırmızıda keçmək olar - VİDEO

Bakıda bəzi küçələrdə yeni yol nişanları quraşdırılıb.
Avtosfer.az xəbər verir ki, həmin nişanlara əsasən, yolayrıclarında işıqfor əgər qırmızıdırsa, sağa dönmək istəyən vətəndaşlar digər nəqliyyat vasitələrinə mane olmamaq şərti ilə sağa dönə bilərlər.
Bunun üçün “Yol verməklə dönmək olar” nişanı quraşdırılıb. Lakin bəziləri onu ya görmürlər, ya da görsələr də, mahiyyətini başa düşmürlər.
Sürücülərin çoxu nişan barədə məlumatlarının olmadığını söyləyiblər.
“Nişanı görmüşəm. Amma adam dönməyə ürək etmir”, “Birinci dəfədir görürəm. Belə nişanın olduğunu bilmirdim”, – deyə sürücülər məsələyə münasibət bildiriblər.
Qeyd edək ki, paytaxt yollarında quraşdırılan sözügedən nişan 2019-cu ildə “Yol hərəkəti haqqında” Qanuna dəyişikliklə qəbul edilib. 5.53 nişanı sürücülərə daim sağa dönməyə icazə verir.
Daha ətraflı “Baku TV”nin süjetində:
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












